Türkiyə, Pakistan, Tunis və Fələstin XİN başçıları Nyu-Yorka gedir

BMT Baş Assambleyasının zalı

© APA | BMT Baş Assambleyasının zalı

# 19 may 2021 14:10 (UTC +04:00)

Türkiyə, Pakistan, Tunis və Fələstin xarici işlər nazirləri BMT Baş Assambleyasının Qəzza ətrafında yaranan vəziyyətlə bağlı iclasında iştirak edəcək.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, mayın 20-də Nyu-Yorkda BMT-nin mənzil-qərargahında keçiriləcək iclasda iştirak etmək üçün XİN başçıları bu gün ABŞ-a yola düşəcək.

Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun BMT Baş Assambleyasında çıxışı və digər ölkələrin XİN başçıları ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR