Türkiyə sahillərində miqrantları daşıyan qayıq batıb, 20 nəfər ölüb - YENİLƏNİB-1

Türkiyə sahillərində miqrantları daşıyan qayıq batıb, 20 nəfər ölüb - YENİLƏNİB-1
# 15 mart 2024 15:02 (UTC +04:00)

Türkiyə sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Ölənlərdən 4-ü uşaqdır.

***

13:57

Türkiyə sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

***

13:03

Türkiyənin Çanaqqala bölgəsində qanunsuz miqrantları daşıyan qayıq batıb.

APA NTV-yə istinadən xəbər verir ki, Çanaqqalanın Eceabat rayonu sahillərində baş verən hadisə zamanı 2-si körpə olmaqla azı 8 nəfər ölüb.

Bölgəyə cəlb edilən sahil təhlükəsizlik qrupları 4 nəfəri xilas edib.

Çanaqqala valisi İlhami Aktaş da məsələ ilə bağlı açıqlama verərək, Eceabat rayonu sahillərində axtarış-xilasetmə işlərinə başlandığını deyib.

Lamiyə Şirinova

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR