Çində mədəndə baş verən qəza nəticəsində 18 nəfər ölüb

Çində mədəndə baş verən qəza nəticəsində 18 nəfər ölüb
# 08 may 2017 03:31 (UTC +04:00)

Çinin Hunyan əyalətində kömür mədənində baş verən qəza nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 3 nəfərin öldüyü bildirilirdi.

 

Qəza zamanı mədəndə ümumilikdə 55 fəhlə olub. Məlumata əsasən, 37 nəfər xilas edilib. İlkin məlumata görə, qəzaya qaz sızması səbəb olub.

 

Hadisənin səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR