Həyat yoldaşının ölümündə təqsirləndirilən tibb bacısının cinayət işi məhkəməyə göndərilib

Həyat yoldaşının ölümündə təqsirləndirilən tibb bacısının cinayət işi məhkəməyə göndərilib
# 08 avqust 2016 16:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədov barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, həmin şəxslərin cinayət işi üzrə materiallar baxılmaq üçün məhkəməyə göndərilib və hakim Əfqan Hacıyevin icraatına verilib. Hazırlıq iclasının vaxtı yaxın günlərdə müəyyən ediləcək.

Qeyd edək ki, Kamran Mahmudov ötən il sentyabrın 26-da qətlə yetirilib. Keçirilən əmliiyat-axtarış tədbirləri nəticəsində cinayəti S. Məmmədov və L. Mahmudovanın birgə törətdiyi müəyyənləşib, hər iki şəxs ötən il oktyabrın 3-də tutularaq istintaqa cəlb olunub. Məlum olub ki, S. Məmmədov K. Mahmudovu odlu silahla qətlə yetirib, meyitini L. Mahmudova ilə birlikdə bıçaqla hissələrə bölərək, özünə məxsus "BMW" markalı avtomobillə İsmayıllı rayonuna aparıb, orada qardaşı Əli Məmmədovun evinin həyətində basdırıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Onu da qeyd edək ki, L. Mahmudova Bakıdakı xəstəxanalardan birində tibb bacısı işləyib, əri isə bizneslə məşğul olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR