Türkiyə Suriya ordusunun 18 hərbçisini ruslara təhvil verəcək

Türkiyə Suriya ordusunun 18 hərbçisini ruslara təhvil verəcək
# 31 oktyabr 2019 17:32 (UTC +04:00)

Türkiyənin Müdafiə naziri Hulusi Akar Suriyanın şimalında, Rəsulayn bölgəsində ələ keçirilən Suriya ordusunun əsgərlərinin aqibəti ilə bağlı açıqlama verib.

APA-nın TRT telekanalına istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, 18 əsgərin təhvil verilməsi üçün ruslarla danışıqlar aparılır.

“18 əsgər sağ ələ keçirilib. Onların arasında yaralı olan iki nəfərə tibbi yardım göstərilib. Əsgərlərin ruslara təhvil verilməsi üçün danışıqlar aparılır”, - deyə H. Akar vurğulayıb.

Qeyd edək ki, Türkiyə Müdafiə Nazirliyi oktyabrın 29-da Rəsulayn bölgəsində Suriya ordusunun 18 əsgərinin ələ keçirildiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR