Aralıq dənizində bir sutkada 4 500 miqrant xilas olunub

Aralıq dənizində bir sutkada 4 500 miqrant xilas olunub
# 05 iyul 2016 23:18 (UTC +04:00)

Bakı-APA.  Aralıq dənizində son bir sutkada Şimali Afrikadan Avropaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 4,5 minədək miqrant xilas olunub.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın sahil mühafizə xidmətinin məlumatında bildirilir.

 

Məlumata görə, gün ərzində həyata keçirilmiş 30-dək xilasetmə əməliyyatına İtaliyanın hərbi-dəniz qüvvələri, sahil mühafizə xidməti, həmçinin Aİ Sərhədlərinə Nəzarət Agentliyinin  (Fronteks) canlı qüvvə və vasitələri cəlb olunub.    

 

İtaliyanın sahil mühafizə xidmətinə məxsus “Diciotti”gəmisi bir gün ərzində 1104 qaçqını xilas edib.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR