Türkiyə və İran xarici işlər nazirləri sabah İsfahanda görüşəcəklər

Türkiyə və İran xarici işlər nazirləri sabah İsfahanda görüşəcəklər
# 19 iyun 2019 16:49 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu sabah İrana səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, İsfahanda o, iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşəcək.Görüş zamanı İran və Türkiyə arasında ikitərəfli əlaqələr, iqtisadi sahədə imzalanmış sazişlər, həmçinin regionda və dünyada baş verən hadisələr əsas müzakirə mövzusu olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR