Bakı və Cəlilabadda adam bıçaqlayan şəxslər tutulub

Bakı və Cəlilabadda adam bıçaqlayan şəxslər tutulub
# 23 avqust 2016 10:03 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı və Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 22-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Kəmalə Həsənovanın evində qohumu Xəyal Həsənov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib.
Sabunçu rayon 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Həsənov tutulub.

Avqustun 22-də Cəlilabad şəhərində isə şəhər sakini Səid Əzimov münaqişə zəminində qonşusu Məmmədəli Kərimovu bıçaqlayıb. Cəlilabad RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əzimov saxlanılıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR