Türkiyə XİN Holokost Qurbanlarının Anım Günü ilə bağlı bəyanat yayıb

Türkiyə XİN

© APA | Türkiyə XİN

# 27 yanvar 2022 12:11 (UTC +04:00)

Türkiyə İkinci Dünya müharibəsi vaxtı da nasistlərin zülmündən qaçan çox sayda yəhudiyə qucaq açıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Holokost Qurbanlarının Anım Günü ilə bağlı bəyanatında bildirilib.

“Bu dövrdə çox sayda yəhudi Türkiyə hökumətinin qətiyyəti və türk diplomatlarının səyləri nəticəsində həbs düşərgələrinə göndərilməkdən xilas oldu. Türkiyə antisemitizm, ksenofobiya, irqçilik, islamofobiya və dözümsüzlüyün bütün formalarına qarşı dəyişməz mövqeyini qoruyur, nifrətə əsaslanan nitq və cinayətlərlə mübarizədə beynəlxalq əməkdaşlığa töhfə verir”, - bəyanatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR