Dövlət Fitosanitar Nəzarəti Xidmətinin dövlət sərhədinin buraxılış məntəqələrində fəaliyyəti qadağan edilib

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin dövlət sərhədinin buraxılış məntəqələrində fəaliyyəti qadağan edilib
# 17 noyabr 2016 22:23 (UTC +04:00)

Nazirlər Kabineti “Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.

APA-nın məlumatına görə, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər bitki karantini nəzarətində olan bitki və bitkiçilik məhsullarının istehsalı, emalı, tədarükü, saxlanması, satışı zamanı Azərbaycan ərazisində fitosanitar nəzarətində olan karantin obyektlərinin mühafizəsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasının ərazisində fitosanitar nəzarətində olan karantin obyektlərinin mühafizəsinə yönəldilmiş profilaktik tədbirlərin görülməsi, bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi və bitki karantininin tətbiq edilməsi Qaydaları”na riayət etməlidirlər.

Bu Qaydalara edilən dəyişikliyə əsasən bundan sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Azərbaycan ərazisinə başqa dövlətlərdən fitosanitar nəzarətində olan zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq, karantin obyektlərinin mühafizəsini təmin etmək məqsədilə bitki və bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi, saxlanılması və daşınması texnologiyasına və reqlamentinə dair tövsiyələr verəcək. Qaydaya əsasən hazırda ölkə ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğu təsdiq edildikdə, onların yayılmasının məhdud dairədə qalması üçün müvafiq fitosanitar tədbirləri aparmaq və nəzarət sistemini tətbiq etmək məqsədilə Dövlət Fitosanitar Nəzarəti Xidməti həmin ərazidə karantin elan edilməsi barədə Kənd Təsərrüfatı Nazirliyinə təklif verir. İndiyə qədər zərərli orqanizmin yayılması dərəcəsindən asılı olaraq təsərrüfatda, müəssisədə, yaşayış məntəqəsində, şəhərdə, rayonda və digər ərazilərdə bitki karantini rejimi tətbiq edilə bilərdi. Dəyişikliyə əsasən bu sahədə tələb sərtləşir və mütləq bitki karantin rejiminin tətbiqi tələbi qoyulur. Başqa sözlə, zərərli orqanizmin yayılması dərəcəsindən asılı olaraq təsərrüfatda, müəssisədə, yaşayış məntəqəsində, şəhərdə, rayonda və digər ərazilərdə mütləq bitki karantini rejimi tətbiq ediləcək.

Nazirlər Kabineti “Hüquqi və fiziki şəxslərə məxsus obyektlərdə fitosanitar nəzarətinin həyata keçirilməsi Qaydaları”na da dəyişikliklər edib. İndiyə qədər Dövlət Fitosanitar Nəzarəti Xidmətinin bitki və bitkiçilik məhsullarının istehsalı, emalı, tədarükü, saxlanması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə, habelə dəniz və hava limanlarına, dəmiryol stansiyalarına, poçtamtlara, elevatorlara, anbarlara, gəmilərə, mülki təyyarələrə, qatarlara və digər nəqliyyat vasitələrinə, bazarlara, elmi tədqiqat və sort-sınaq sahələrinə daxil olmaq üçün onlara müraciət etmək, obyektin fitosanitar vəziyyəti və karantin nəzarətində olan materiallar barədə lazımi məlumat almaq və həmin materialların sənədləri ilə tanış olmaq hüququ olub. Dəyişikliyə əsasən bu sahədə məhdudiyyət müəyyənləşib, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin dövlət sərhədinin buraxılış məntəqələrində belə hüquq və vəzifəsi olmayacaq. Başqa sözlə, dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin bitki və bitkiçilik məhsullarının istehsalı, emalı, tədarükü, saxlanılması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə, habelə dəniz və hava limanlarına, dəmir yolu stansiyalarına, poçtamtlara, elevatorlara, anbarlara, gəmilərə, mülki təyyarələrə, qatarlara və digər nəqliyyat vasitələrinə, bazarlara, elmi-tədqiqat və sort-sınaq sahələrinə daxil olmaq, habelə fitosanitar müayinələrin keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə müraciət etmək, obyektin fitosanitar vəziyyəti və karantin nəzarətində olan materiallar barədə məlumat almaq və həmin materialların sənədləri ilə tanış olmaq səlahiyyəti olacaq. Dövlət Fitosanitar Nəzarəti Xidməti qanunvericiliyə uyğun olaraq dövlət sınağından keçməmiş, qeydiyyata alınmamış, habelə istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalının, satışının, idxalının və ixracının qarşısının alınması üçün müvafiq tədbirlər görmək səlahiyyətini də bundan sonra dövlət sərhədinin buraxılış məntəqələrində həyata keçirə bilməyəcək.

Digər dəyişikliyə əsasən Dövlət Fitosanitar Nəzarəti Xidmətinə sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan anbarlarda və digər istehsalat binalarında, satış yerlərində dərmanlanmış toxum və əkin materiallarının saxlanılmasını və satışını qadağan etmək hüququ verilib. İndiyə qədər hüquqi və fiziki şəxslərin vəzifələrindən biri fitosanitar nəzarətində olan karantin obyektlərinin zərərsizləşdirilməsi və təmizlənməsi zərurəti yarandığı hallarda bu tədbirlərin görülməsi üçün köməkçi işçilər ayırmaq olub. Dəyişikliyə əsasən bu sahədə tələb konkretləşib, hüquqi və fiziki şəxslər mütləq fitosanitar nəzarətində olan karantin obyektlərinin zərərsizləşdirilməsi və təmizlənməsi məqsədi ilə bu tədbirlərin görülməsi üçün köməkçi işçilər ayırmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR