Azərbaycanla Rusiya arasında əməkdaşlığa dair 12 sənəd imzalanıb

Azərbaycanla Rusiya arasında əməkdaşlığa dair 12 sənəd imzalanıb
# 01 noyabr 2016 10:00 (UTC +04:00)

Bu gün Azərbaycan və Rusiya arasında əməkdaşlığa dair 12 sənəd imzalanıb.

"APA-Economics" xəbər verir ki, bu gün Bakıda keçirilən VII Azərbaycan-Rusiya regionlararası forum çərçivəsində iki ölkə arasında Qəbələ rayon İcra Hakimiyyəti ilə Rusiyanın Stavropol vilayətinin Kislovodsk kurort-şəhəri administrasiyası arasında əməkdaşlığa və qardaşlaşmaya dair saziş, Nərimanov rayon İcra Hakimiyyəti ilə Rusiyanın Həştərxan vilayəti arasında əməkdaşlıq barədə niyyət protokolu, Rusiyanın Həştərxan vilayətinin Nərimanov rayonu bələdiyyə təsisatı ərazisində yaradılmış sənaye-istehsal tipli Xüsusi İqtisadi Zonada sənaye istehsal fəaliyyətinin həyata keçirilməsi haqqında saziş, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ("Azpromo") ilə Stavropol diyarının Ticarət-Sənaye Palatası arasında əməkdaşlığa saziş, "Azpromo" ilə Dağıstanın Sahibkarlıq və İnvestisiya Agentliyi arasında əməkdaşlıq haqqında memorandum, "Azpromo" və Xəzər regionunda Xarici İqtisadi Fəaliyyət Assosiasiyası arasında memorandum, Azərbaycan Tibb Universiteti ilə Stavropol Dövlət Tibb Universiteti arasında əməkdaşlığa Çərçivə Sazişi, Quba Turizm İnformasiya Mərkəzi ilə "Dərbənd 2000" Turizm Mərkəzi arasında turizmin inkişafı sahəsində birgə fəaliyyət haqqında saziş, Xaçmaz Turizm İnformasiya Mərkəzi ilə "Dərbənd 2000" Turizm Mərkəzi arasında turizmin inkişafı sahəsində birgə fəaliyyət haqqında saziş, Azərbaycanın Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə Xəzər regionunda Xarici İqtisadi Fəaliyyət Assosiasiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Forum çərçivəsində həmçinin, "Bentonit" MMC, "ADY Exspress" MMC və “AzRosPromInvest” MMC arasında Strateji Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Memorandum və Azərbaycanın "Glass House" şirkəti ilə Dağıstanın "Xəzər Vərəqə Şüşə Zavodu" ASC arasında mallar təchizatı üzrə niyyət sazişi imzalanıb.

Daha sonra VII Azərbaycan-Rusiya Regionlararası Forumunda mükafatlandırma mərasimi keçirilib. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təhsil sahəsində səmərəli fəaliyyətinə və xidmətlərinə görə təltif olunmuş Həştərxan vilayətində yerləşən Heydər Əliyev adına 11 nömrəli orta məktəbin direktoru Tatyana Tixomirovaya "Tərəqqi" medalı təqdim olunub. Medalı Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov təqdim edib. Qeyd edək ki, Heydər Əliyev adına 11 nömrəli orta məktəb Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə açılıb və Fondun Həştərxan vilayətində həyata keçirdiyi layihələrdən biridir. Həştərxandakı fəaliyyətinə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordeni ilə təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR