Azərbaycan prezidenti Münhendə “Goetzpartners” şirkətinin sahibi ilə görüşüb

Azərbaycan prezidenti Münhendə “Goetzpartners” şirkətinin sahibi ilə görüşüb
# 12 fevral 2016 15:29 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyevin fevralın 12-də Münhendə “Goetzpartners” şirkətinin sahibi və icraçı direktoru Stefan Qötz ilə görüşü olub.

APA-nın məlumatına görə, Almaniyada 10 ən böyük konsaltinq şirkətindən biri olan və 9 ölkədə 12 ofisi yerləşən “Goetzparners” şirkətinin icraçı direktoru Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildirib.

Dövlət başçısı Azərbaycanda xarici şirkətlər üçün əlverişli sərmayə mühitinin olduğunu, onların uğurlu fəaliyyətinə hər cür şəraitin yaradıldığını söyləyib. Prezident İlham Əliyev “Goetzparners” şirkətini Azərbaycanda fəaliyyətə dəvət edib.

Stefan Qötz dəvətə görə minnətdarlığını bildirib.

Söhbət zamanı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR