Azərbaycan millisi: 14-cü final, 2-ci göstərici...

Azərbaycan millisi: 14-cü final, 2-ci göstərici...
# 10 fevral 2016 14:27 (UTC +04:00)

Bakı – APA. Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsində çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, komandamız Serbiyadakı yarışı 1/4 final mərhələsinədək davam etdirib.

Qrupda İtaliyaya 0:3 hesabı ilə uduzub, Çexiyanı 6:5 hesabı ilə məğlub edən yığmamız yarımfinalın bir addımlığında Rusiya ilə bacarmayıb – 2:6. Serbiyada 8 qol vurub, 14-nü buraxan komandamız bununla da tarixinin 2-ci ən yaxşı nəticəsini göstərib.

AVRO-2010-da qitənin dördüncüsü olan millimizə tarixi nəticəsini ən azı təkrarlamaq üçün son matçda qələbə kifayət etməyib. Final mərhələsinə yüksəldiyi AVRO-2012 və AVRO-2014-ü xal qazanmadan qrupda başa vuran futzalçılarımız 4 cəhddən ikisində bu səddi adlayıb.

Ümumiyyətlə, 10 qitə çempionatının hamısında çıxış edən yığmamız ilk 6 turnirdə seçmə mərhələdə oynamaqla kifayətlənib.

4-cü dəfə final mərhələsində oynayan futzal millimiz Azərbaycan idmanı tarixində 14-cü belə uğuru gerçəkləşdirib.

Belə ki, bunadək komanda idman növlərində 13 dəfə qitə çempionatının final mərhələsində Azərbaycan yığması da iştirak edib.

Bu mənada rekord qadın voleybolçulardan ibarət yığmamıza məxsusdu. 2005-ci ildən indiyədək daim həlledici turnirə qatılan millimiz 6 dəfə mükafatlar uğrunda mübarizə aparıb. Qadın otüstü hokkeyçilərimiz isə 4 dəfə final mərhələsində qüvvəsini sınayıb. 14 final mərhələsindəki 14 cəhdimizdə ən yaxşı nəticə isə voleybol və futzal komandalarının hesabındadı.

Voleybolçularımız 2005-də, futzaçılarımız 2010-da qitənin 4-cü komandası olub. Hokkeyçilərimizin ən yaxşı nailiyyəti isə 2007-ci ildəki 5-ci yer olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR