Culfada qaya təsvirləri aşkar olunub

Culfada qaya təsvirləri aşkar olunub
# 11 oktyabr 2016 15:11 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bu günlərdə Culfa rayonunun Xanəgah kəndi yaxınlığında - Orta Anzır kəndinin xarabalıqlarından şərq tərəfdə dağdan qopan iri qaya parçasının üzərində qaya işarələri qeydə alınıb.

APA-nın Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən verdiyi xəbərə görə, ilkin araşdırmalar nəticəsində aydın olub ki, tapılan qaya üzərindəki təsvir ayrılıqda çəkilmiş üç rəsmdən ibarətdir. Rəsmlərin ikisi döymə, biri isə kəsmə texnikası ilə çəkilib. AMEA-nın Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bildirib ki, təsvirlər müxtəlif dövrlərdə çəkilib. Döymə üsulu ilə çəkilmiş rəsmlərin bənzərləri Gəmiqaya təsvirlərindən elmə məlumdur. Çoxmənalı məzmuna sahib olan bu tip təsvirlər başlıca olaraq insanı və həyat ağacını simvolizə edir. Çəkilmə texnikasına görə fərqlənən üçüncü təsvir metal alətdən istifadə olunmaqla hazırlanıb. Bu təsvir də o birilər kimi insanı, daha geniş mənada həyatı, həyat ağacını simvolizə edir.

V. Baxşəliyevin fikrincə, qaya parçasının üzərindəki qaya işarələrinin birinci iki təsviri e.ə.II-I minilliklərə, üçüncü təsviri isə bizim eranın I minilliyinə, orta əsrlərə aid etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR