Moldovada prezident seçkilərinin ikinci mərhələsi keçiriləcək

Moldovada prezident seçkilərinin ikinci mərhələsi keçiriləcək
# 31 oktyabr 2016 07:32 (UTC +04:00)

Moldovada prezident seçkilərinin ikinci mərhələsi keçiriləcək. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Mərkəzi Seçki Komissiyası qərar qəbul edib. İkinci mərhələdə Sosialistlər partiyasından olan namizəd İqor Dodon və Avropa yönümlü sağ koalisiyanın nümayəndəsi Maya Sandu mübarizə aparacaq.

Ötən gün baş tutmuş seçkilərlə bağlı səslərin 97,98 faizinin hesablanmasına görə, İqor Dodon 48,72 faiz, Maya Sandu 37,96 faiz səs qazanıb. Səslərlə bağlı dəqiq rəqəm bu gün məlum olacaq. Həmçinin noyabrın 13-də keçirilməli olan 2-ci mərhələ ilə bağlı rəsmi qərar veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR