Sabah İranda parlament seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasına start veriləcək

Sabah İranda parlament seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasına start veriləcək
# 17 fevral 2016 16:13 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. İranın Konstitusiyaya Nəzarət Şurası Daxili İşlər Nazirliyinə namizədliyi təsdiqlənmiş şəxslərin yekun siyahısını göndərib.

APA-nın Tehran bürosunun məlumatına görə, fevralın 18-dən parlament seçkilərində namizəd olan şəxslərin təbliğat-təşviqat kampaniyasına rəsmən start veriləcək.

Təbliğat kampaniyası fevralın 24-dək davam edəcək.

Parlament seçkilərində 12 min nəfərin namizədliyi irəli sürülsə də, onlardan 51 faizinin namizədliyi təsdiqlənib. Parlament seçkiləri fevralın 26-da keçiriləcək.

İran rəsmiləri namizədliyi təsdiq olunmuş şəxslərin arasında bütün siyasi qrupların təmsilçilərinin olduğunu elan etsələr də, bəzi siyasi qruplar onların irəli sürdüyü şəxslərin namizədliyinin təsdiqlənmədiyi üçün etiraz ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR