Qətlə görə axtarışa verilən şəxs tutulub

Qətlə görə axtarışa verilən şəxs tutulub
# 07 noyabr 2016 08:38 (UTC +04:00)

Azərbaycanda qəsdən adam öldürdüyü üçün axtarışa verilən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Canbulad Hüseynov saxlanılıb.

Qeyd edək ki, qətl hadisəsi bu il sentyabrın 6-da İsmayıllı rayonunun Topçu kəndində qeydə alınıb. Kənd sakini, əvvəllər məhkum olunmuş Canbulad Hüseynov münaqişə zəminində həmkəndlisi Hikmət Feyzullayevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilən H.Feyzullayev orada ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR