Azərbaycanda pensiyaçılara xidmət göstərən bankomatların sayı açıqlanıb

Azərbaycanda pensiyaçılara xidmət göstərən bankomatların sayı açıqlanıb
# 09 mart 2016 12:35 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. 2015-ci ildə Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin avtomatlaşdırılması istiqamətində tədbirlər daha da genişləndirilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2015-ci il üzrə hesabatında qeyd edilib.

Belə ki, pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri daha da genişləndirilib və nəticədə pensiya ödənişi aparılan bütün pensiyaçıların pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub. Bu məqsədlə ümumilikdə 882, o cümlədən kənd və qəsəbələrdə 217 bankomatın istifadəsi təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR