Tanınmış aktyor Coşqun Rəhimov əməliyyat olunub

Tanınmış aktyor Coşqun Rəhimov əməliyyat olunub
# 06 sentyabr 2016 13:58 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Əməkdar artist, tanınmış aktyor Coşqun Rəhimov əməliyyat olunub. APA-nın məlumatına görə, bu barədə “Bu şəhərdə” satirik layihəsinin rəhbəri Müşfiq Abbasov məlumat yayıb.

Layihə rəhbəri qeyd edib ki, Coşqun Rəhimov Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat olunub: “3 saatlıq əməliyyat uğurla keçib, hər şey yaxşıdır. İnşallah, bu üçüncü əməliyyat elə sonuncu olar”.

Qeyd edək ki, C. Rəhimov xərçəng xəstəliyindən əziyyət çəkir. O, ilk dəfə 2010-cu ildə əməliyyat olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR