Bakı. Fərid Mirzəyev - APA. Bu il müəllimlərin işə qəbulu üzrə yekun statistika açıqlanıb. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib ki, müəllimlərin işə qəbulu üzrə 31 779 nəfər elektron qeydiyyatdan keçib.
O bildirib ki, müsahibə mərhələsində namizədlərin psixoloji vəziyyəti qiymətləndirilib: “Mərkəzləşdirilmiş qaydada keçirilən işə qəbul üzrə müsabiqənin nəticəsində 1-ci mərhələdə 1827, əlavə yerləşdirmə ilə 538 nəfər, ümumilikdə isə 2 365 nəfər müəllim adını qazanıb”.
E. Bağırov qeyd edib ki, işə qəbul olanlardan 1800 nəfər kənd məktəblərində həvəsləndirmə tətbiq olunan vakant yerləri seçib.