Bakıda baş texnoloqun qətlində təqsirləndirilənlərin məhkəməsi başlayıb

Bakıda baş texnoloqun qətlində təqsirləndirilənlərin məhkəməsi başlayıb
# 05 sentyabr 2016 10:02 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Taxıl Terminalı” MMC-nin baş texnoloqu Qalib Bağırovun qətlində təqsirləndirilən - Ehtiram Həsənov, Mübariz Əliyev və Mahnurə Hüseynovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

APA-nın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatlar dəqiqləşdirilib. 

Məhkəmə baxışı sentyabrın 9-na təyin edilib. 

Qeyd edək ki, qətl hadisəsi ötən ilin yanvarında baş verib. Təqsirləndirilən şəxslər Q. Bağırovu mənzilində qətlə yetiriblər. Həmin şəxslər qətllə yanaşı, quldurluq, dələduzluq, soyğunçuluqda da ittiham olunur.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR