Manatın xarici valyutalara nisbətən məzənnəsi açıqlanıb

Manatın xarici valyutalara nisbətən məzənnəsi açıqlanıb
# 19 avqust 2016 07:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 18-i ilə müqayisədə 0,25% artaraq 1,6204 manat səviyyəsinə yüksəlib.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,54% möhkəmlənərək 1,8370 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublu ötən günlə müqayisədə 0,4% artaraq 0,0254 manat səviyyəsinə yüksəlib.

Türkiyə lirəsinin məzənnəsi 0,33% zəifləyərək 0,5518 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1299 manatdır. Beləliklə, funt sterlinq 0,95%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 2,24% artaraq 0,7123 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR