AMEA-nın Kimya Elmləri Bölməsi institutlarında aparılan tədqiqatların vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

AMEA-nın Kimya Elmləri Bölməsi institutlarında aparılan tədqiqatların vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub
# 19 oktyabr 2016 14:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasında Kimya Elmlər Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyev "AMEA-nın Kimya Elmləri Bölməsi institutlarında aparılan tədqiqatların vəziyyəti və inkişaf perspektivləri" mövzusunda elmi məruzəsi dinlənilib. APA-nın xəbərinə görə, akademik qeyd edib ki, 2003-2015-ci illərdə kimya elminin müxtəlif istiqamətləri üzrə − neft kimyası, üzvi və qeyri-üzvi kimya, kimyəvi kinetika və kataliz, kimya mühəndisliyi və texnologiyasının nəzəri problemləri, yüksək molekullu birləşmələr sahələrində mühüm nəticələr əldə olunub: “Son beş ildə bölmə institutları qrant müsabiqələrinin dəfələrlə qalibi olub, beynəlxalq əlaqələr genişlənib və iki beynəlxalq laboratoriya açılıb. Prezident İlham Əliyevin alimlər qarşısında qoyduğu prioritet vəzifələr, qlobal iqtisadi böhranın təsiri və postneft dövrünün başlaması ilə əlaqədar qarşıdakı 2025-ci və sonrakı illər üçün kimya elminin ciddi inkişafına yüksək texnologiyalar və tibb üçün qeyri-üzvi funksional materialların – topoloji izolyatorların və onlara oxşar laylı quruluşlu maddələrin nanohissəciklərinin və nazik təbəqələrinin alınması, ağır neft qalıqlarının, yanar şistlərin, palçıq vulkanları karbohidrogenlərinin elmtutumlu emal texnologiyalarının işlənilməsi, dərman maddələrinin təsir müddətini və səmərəliliyini artırmaq üçün qeyri-toksik polimerlərin və onların əsasında nanobiokompozit daşıyıcıların alınması və digər perspektiv istiqamətlər səbəb ola bilər.

Rəyasət Heyəti AMEA-nın Kimya Elmləri Bölməsinin institutlarında aparılan elmi tədqiqatların vəziyyəti və inkişaf perspektivləri haqqında məlumatın nəzərə alınması, qeyd olunan perspektiv istiqamətlərin gələcək fəaliyyət üçün əsas kimi götürülməsi haqqında qərar qəbul edib. Həmçinin bölməyə daxil olan institutlara bir sıra müvafiq işlər görülməsi haqqında tapşırıq verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR