İslamiadanın açılış və bağlanış günlərində metro və xüsusi marşrut avtobusları saat 02.00-dək işləyəcək

İslamiadanın açılış və bağlanış günlərində metro və xüsusi marşrut avtobusları saat 02.00-dək işləyəcək
# 08 may 2017 13:27 (UTC +04:00)

IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri günlərində xüsusi marşrut avtobusları və metro stansiyaları gecə saat 02.00-a qədər fəaliyyət göstərəcək.

 

APA-nın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib.

 

M. Ağayev deyib ki, 3 xüsusi ekspress marşrutu üzrə tamaşaçıların daşınması üçün 228 nəqliyyat vasitəsi ayrılıb: "Ehtiyac olarsa, ehtiyatda olan 90 avtobus da ekspress marşrutlara buraxılacaq. Tamaşaçılardan xahiş edirik ki, biletləri özləri ilə götürsünlər. Biletsiz sərnişinlər ekspress avtobuslardan pulsuz istifadə edə bilməyəcəklər".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR