İslamiadanın açılış və bağlanış günü üçün nəqliyyat əməliyyatları test edilib

İslamiadanın açılış və bağlanış günü üçün nəqliyyat əməliyyatları test edilib
# 10 may 2017 13:51 (UTC +04:00)

“IV İslam Həmrəyliyi Oyunları”nın sınaq açılış zamanı açılış və bağlanış mərasimləri günü (12 və 22 may) üçün nəzərdə tutulan nəqliyyat əməliyyatları da test edilib.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) “APA-Economics”ə verilən məlumata görə, əvvəlcədən müəyyən edilən plana uyğun olaraq, biletli tamaşaçıların daşınmasını həyata keçirən 3 ekspress xətt üzrə fəaliyyət göstərən 228 avtobus (ehtiyat olaraq, əlavə 90 ədəd avtobus) Bakı Olimpiya Stadionunun İctimai Nəqliyyat Terminalına toplanıb.

 

Burada zəruri prosedurlar - sürücülərin tibbi müayinəsi və nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi təmin edilib. Saat 17:00-dan etibarən tamaşaçıların əvvəlcədən təyin olunmuş ərazilərdən metronun “Qara Qarayev” stansiyasının qarşısından “X1 Express xətti”, metronun “Gənclik” stansiyasının qarşısından “X2 Express xətti”, metronun “20 Yanvar” stansiyasının qarşısından “X3 Express xətti” üzrə Bakı Olimpiya Stadionuna daşınmasına başlanılıb. Saat 20:40-dək BNA tərəfindən təşkil edilmiş 3 Exspress xətt üzrə 6000-dən çox sərnişinin 267 avtobus vasitəsilə Olimpiya Stadionuna daşınması həyata keçirilib.

 

Mərasim bitdikdən sonra axşam saat 23:00-dan 02:00-dək ümumi olaraq 8 500-dən çox tamaşaçının 185 avtobusla fasiləsiz və təhlükəsiz şəraitdə operativ şəkildə əvvəlcədən müəyyən olunmuş nöqtələrə - yəni, metronun “Qara Qarayev”, “20 Yanvar” və “Gənclik” stansiyalarına geri gətirilməsi təmin edilib. Görülən işlər çərçivəsində exspress xətlərdən istifadə edəcək sərnişinlərin məlumatlandırılması və istiqamətləndirilməsini təmin etmək məqsədilə, BNA tərəfindən  əvvəlcədən müəyyənləşdirilmiş nöqtələrə nəqliyyat bələdçiləri təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR