ATƏT sədri: "Krım, Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Dağlıq Qarabağ kimi “qara dəliklər”, “boz zonalar” mövcud olmamalıdır"

ATƏT sədri: "Krım, Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Dağlıq Qarabağ kimi “qara dəliklər”, “boz zonalar” mövcud olmamalıdır"
# 13 oktyabr 2016 12:43 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının bugünkü plenar iclasında Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmeyer çıxış edib.

APA-nın Avropa müxbiri xəbər verir ki, Almaniya XİN başçısı Avropa Şurasına üzv ölkələrdə insan hüquqlarının vəziyyəti haqqında danışarkən bu məkanda baş verən münaqişələrə, tanınmamış ərazilərə diqqət çəkib.

“Biz Avropa məkanında insan hüquqlarının qorunması haqqında danışarkən burada baş verən münaqişələri də unutmamalıyıq. Münaqişələr dedikdə, mən yalnız Ukraynanı və Krımın anneksiyasını deyil, Cənubi Osetiya, Abxaziya, Dnestryanı bölgə və Dağlıq Qarabağ münaqişələrini də nəzərdə tuturam.

Bizim qitədə insan hüquqlarının vəziyyətinin müşahidə edilməsi baxımından belə “qara dəliklər”, “boz zonalar” mövcud olmamalıdır. Bu baxımdan, AŞPA dövrümüzün ən kəskin məsələləri üzrə siyasi müzakirələrin aparılması üçün meydan rolunu oynayır. Əlbəttə, burada bəzən bir-birinə qarşı olan ixtilaflı məsələlər müzakirə olunur ki, bu da düzgündür. Çünki bura müzakirələrin aparılması üçün - xüsusi ilə də münaqişələrin kəskinləşməsi və gərginliklərin baş verdiyi bir dövrdə - tam uyğun bir yerdir”, - deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR