“İslam Dövləti” İraqın şimalında 20 nəfəri girov götürüb

“İslam Dövləti” İraqın şimalında 20 nəfəri girov götürüb
# 12 sentyabr 2014 01:14 (UTC +04:00)

Bakı-APA. “İslam Dövləti” qruplaşmasının üzvləri İraqın şimalında 20 nəfəri girov götürüb. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, girov götürülən şəxslərin hamısı bir kəndin sakinləridir.

İnsident ərazisinin bir hissəsi terrorçuların nəzarəti altında olan Kərkük əyalətində baş verib.

Bundan əvvəl, avqustda, terrorçular Kərkük əyalətində 50 nəfəri girov götürmüşdülər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR