“İslam Dövləti” qruplaşması Livan vətəndaşını edam edib, 10 suriyalını isə girov götürüb

“İslam Dövləti” qruplaşması Livan vətəndaşını edam edib, 10 suriyalını isə girov götürüb
# 04 sentyabr 2014 23:48 (UTC +04:00)

Bakı-APA. “İslam Dövləti” terrorçu qruplaşması ötən həftə girov götürülən Livan vətəndaşını edam edib, sərhədyanı Ersəl şəhərində 10 suriyalını isə girov götürüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Livanın “Saut Lübnan” radiostansiyası məlumat yayıb.

Məlumata görə, öldürülən livanlı və girov götürülən suriyalılar Bəşər Əsədin tərəfində qruplaşmalara qarşı vuruşan Livanın “Hizbullah” hərəkatı ilə əlaqəli olublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR