“Sərhədsiz həkimlər”: Neyrotoksik əlamətləri olan 355 suriyalı dünyasını dəyişib

“Sərhədsiz həkimlər”: Neyrotoksik əlamətləri olan 355 suriyalı dünyasını dəyişib
# 24 avqust 2013 21:49 (UTC +04:00)

Bakı-APA. “Sərhədsiz həkimlər” beynəlxalq humanitar təşkilatı tərəfindən yayılan bəyanatda qeyd edilir ki, Suriyanın paytaxtında təşkilatın dəstəklədiyi 3 xəstəxanaya avqustun 21-i səhər saatlarında neyrotoksik əlamətləri olan 3600 nəfər xəstə daxil olub.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, onlardan 355 nəfər artıq dünyasını dəyişib.

Suriya müxalifəti bəyan edir ki, avqustun 21-də hökumət qüvvələri kimyəvi silahdan istifadə edib, nəticədə yüzlərlə insan ölüb.

Qeyd edək ki, BMT-nin yüksəkvəzifəli diplomatı Anjela Keyn ötən gün Dəməşqə gəlib. Onun səfərinin məqsədi Bəşər Əsədi beynəlxalq komissiyanı kimyəvi silah istifadə olunmuş əraziyə buraxılması üçün razı salmaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR