"Hizbullah" tərəfdarlarının səfərbərliyini elan edib

"Hizbullah" tərəfdarlarının səfərbərliyini elan edib
# 02 sentyabr 2013 21:15 (UTC +04:00)

Bakı-APA. «Hizbullah» hərəkatı tərəfdarlarının səfərbərliyini elan edib. APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, buna səbəb ABŞ-ın Suriyaya zərbə endirmək planları ilə bağlı yayılan məlumatlardır.

«Hizbullah» döyüşçülərinin öz postlarını tərk etdikləri və mobil telefonlarını söndürdükləri bildirilir.

Mavritaniyanın “Alakhbar” agentliyi isə “Hizbullah”ın tərəfdarlarını “öz mövqelərini tutmağa” çağırdığı barədə xəbər yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR