Malayziyada avtobusun çaya düşməsi nəticəsində 45 nəfər xəsarət alıb

 Malayziyada avtobusun çaya düşməsi nəticəsində 45 nəfər xəsarət alıb
# 07 avqust 2015 17:54 (UTC +04:00)

Bakı-APA. Malayziyada avtobusun çaya düşməsi nəticəsində 16-sı xarici turist olmaqla 45 nəfər xəsarət alıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, avtobus paytaxt Kuala-Lumpurdan Kota-Baru şəhərinə yollanırmış.

İlkin versiyaya əsasən, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib. Xəsarət alanlar xəstəxanalara çatdırılıb, onlardan 7-nin vəziyyətinin ağır olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR