"Reuters": İranın razılığı olmazsa, neft hasilatının “dondurulması”na dair görüş baş tutmayacaq

"Reuters": İranın razılığı olmazsa, neft hasilatının “dondurulması”na dair görüş baş tutmayacaq
# 11 mart 2016 04:46 (UTC +04:00)

Bakı-APA. İran razılıq verməzsə, OPEK ölkələrinin və bu təşkilata üzv olmayan neft istehsalçısı ölkələrinin martın 20-nə nəzərdə tutulan görüşü, çox güman ki, baş tutmayacaq. APA-nın məlumatına görə, bu barədə “Reuters” agentliyinə məsələ ilə yaxından tanış olan mənbələr bildirib.

İran hazırda neft bazarında sanksiyalar dövründə itirdiyi payını bərpa etmək niyyətindədir. “Onlar (İran – red.) görüşün keçirilməsi ilə razı deyillər... İranın nə isə etmək niyyəti yoxdur... İranın razılaşacağı təqdirdə (neft hasilatının “dondurulması”na – red.), hər şey dəyişiləcək”, - deyə mənbələrdən biri bildirib.

İkinci mənbə bildirir ki, yanvardakı orta sutkalıq hasilat həcmi Tehranı qane etməyib. Ölkə neftin sutkalıq hasilat həcmini 4 mln barelədək artırmaq niyyətindədir.

“Əgər onlar həll yolunu tapmaq istəyirlərsə, onda onlar İrana ədalətli sövdələşmə təklif etməlidirlər”, - deyə mənbə bildirib.

Qeyd edək ki, bu arada Rusiyanın energetika naziri Aleksandr Novak martın 14-də Tehrana səfər edəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR