ABŞ dövlət katibi: “İranın nüvə proqramı üzrə razılaşma mart ayına kimi əldə edilməlidir”

ABŞ dövlət katibi: “İranın nüvə proqramı üzrə razılaşma mart ayına kimi əldə edilməlidir”
# 06 fevral 2015 21:15 (UTC +04:00)

Bakı-APA. ABŞ dövlət katibi Con Kerri İranın nüvə proqramı üzrə razılaşmaya bu ilin mart ayına kimi gəlinməsində israr edir.

APA-nın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, bu bəyanat Kerrinin İran XİN rəhbəri Məhəmməd Cavad Zəriflə görüşündən sonra səsləndirilib.

Görüşün iki saata yaxın davam etdiyi bildirilir. Danışıqların detalları açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR