ABŞ ilk dəfə olaraq “İslam Dövləti” qruplaşmasının İraqdakı düşərgəsinə zərbə endirib

ABŞ ilk dəfə olaraq “İslam Dövləti” qruplaşmasının İraqdakı düşərgəsinə zərbə endirib
# 18 sentyabr 2014 21:33 (UTC +04:00)

Bakı-APA. ABŞ Hərbi-Hava Qüvvələrinin döyüş təyyarələri ilk dəfə olaraq “İslam Dövləti” qruplaşmasının İraqın şimalında yerləşən təlim düşərgəsinə zərbə endirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlı məlumat yayıb.

“Ümumilikdə, “İslam Dövləti” qruplaşmasının Mosul şəhərinin şimal-şərqində yerləşən təlim düşərgəsinə endirilən zərbə nəticəsində bir döyüş maşını, silahlıların yerləşdiyi iki bina və çoxlu sayda terrorçu məhv edilib”, deyə məlumatda bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR