ABŞ prezidenti İran xalqını təbrik edib

ABŞ prezidenti İran xalqını təbrik edib
# 19 mart 2013 10:58 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. ABŞ prezidenti Barak Obama Novruz bayramı münasibətilə dünyada və ölkəsində yaşayan iranlıları təbrik edib. APA-nın “Oyanews”a istinadən verdiyi məlumata görə, prezident çıxışına salam mənasını verən fars dilində “Durud” sözüylə başlayıb. O bildirib ki, ABŞ İranın nüvə probleminin sülh və diplomatik yollarla həllinin tərəfdarıdır: “Novruz münasibətilə bir yerə yığışan ailələrə ən gözəl arzularımı bildirirəm. Siz dünyanın müxtəlif yerlərində və ABŞ-da Novruz süfrəsi ətrafına yığışmısınız ki, yeni ilin sizə verdiyi fürsətləri dəyərləndirəsiniz. Ümid edirəm ki, iki ölkə problemləri geridə qoyacaq. Mən iki ölkə arasında yeni bir başlanğıca çalışacağam ki, nəticəsi dostluq və sülh olsun. Əgər İran beynəlxalq öhdəliklərə əməl etsə, dünya ölkələri sırasına yenidən qayıtmaq fürsəti var. ABŞ nüvə probleminin sülh yolu ilə həllinə üstünlük verir. İki ölkə arasındakı problemləri həll etmək ciddi və davamlı çalışmalar tələb edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR