ABŞ Suriyada «sərhəd təhlükəsizliyi qüvvələri» yaratmağa başlayıb

ABŞ Suriyada «sərhəd təhlükəsizliyi qüvvələri» yaratmağa başlayıb
# 14 yanvar 2018 17:52 (UTC +04:00)

ABŞ-ın İŞİD-ə qarşı rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyada nəzarət etdiyi ərazilərdə «sərhəd təhlükəsizliyi qüvvələri» yaratmağa başlayıb.

APA-nın «Gazeta.ru»-ya istinadən verdiyi xəbərə görə, bu barədə «Defense Post» nəşrinə koalisiyanın rəsmi nümayəndəsi Tomas Vill bildirib.

Alyansın «Suriya Demokratik Qüvvələr» (SDQ) adlanan silahlı qruplaşma ilə birgə çalışdığı bildirilir.

«Hazırda, ilkin mərhələdə, təlimlərə təxminən 230 nəfər cəlb edilib, yekun məqsəd - 30 minlik qüvvə yaratmaqdır», - deyə Tomas Vill vurğulayıb.


Onun sözlərinə görə, yeni qüvvələr Suriyanın SDQ-nin nəzarətində olan ərazinin qərb sərhədi, habelə İraq və Türkiyə sərhədləri boyu yerləşdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR