AEBA rəhbəri: “İranın nüvə silahı istehsal etməsinə dair sənədə rast gəlinməyib”

AEBA rəhbəri: “İranın nüvə silahı istehsal etməsinə dair sənədə rast gəlinməyib”
# 14 mart 2013 10:31 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “İranın nüvə proqramı ətrafında yaranmış gərginlik müzakirə yolu ilə həll edilməlidir”. APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu Hindistanda səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) icraçı direktoru Yukiya Amano bildirib.

Onun sözlərinə görə, İranın nüvə silahı istehsal etməsinə dair sənədə rast gəlinməyib. Y.Amano AEBA-nın İranla müzakirələri davam etdirdiyini və iyunda keçiriləcək yığıncaqdan sonra iki tərəfin də müsbət nəticələr əldə etməsini gözlədiyini deyib. AEBA-nın icraçı direktoru vurğulayıb ki, İranla agentliyin 2011-ci il noyabr ayından bu yana müzakirələri artıraraq mövzunu dəqiqləşdirməyə çalışıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR