Azərbaycan Rəşt-Astara dəmir yolu layihəsində 50 faizlik paya malik olacaq

Azərbaycan Rəşt-Astara dəmir yolu layihəsində 50 faizlik paya malik olacaq
# 21 yanvar 2018 11:37 (UTC +04:00)

Azərbaycan Rəşt-Astara dəmir yolu layihəsinin icrasına 500 milyon dollarlıq investisiya qoymaqla, bu layihədə 50 faizlik paya malik olacaq.

APA-nın AzərTAC-a istinadən verdiyi məlumata görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini Əsğər Fəxriyə Kaşan bildirib.

Ə. F. Kasan deyib ki, Rəşt-Astara dəmir yolu layihəsinin icrası ilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsi istifadəyə hazır vəziyyətə gətirilmiş olacaq və bu marşrutdan istifadə edərək, Hindistan və Çin öz məhsullarını Mərkəzi Asiya, Azərbaycan, Rusiya və Avropaya nəql edə biləcək. Nazir müavini qeyd edib ki, Rəşt-Astara dəmir yolunun istifadəyə verilməsi ilə İranın cənubundan yüklərin Avropaya göndərilməsi də xeyli asanlaşacaq və ölkənin valyuta gəlirləri artacaq.

Ə. F. Kaşan İtaliya, Rusiya və Çin şirkətlərinin də Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu layihəsinə investisiya yatırmaq istəklərini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR