Birləşmiş Ərəb Əmirliklərində Dubay-Əbu Dabi sürətli magistral yolunda qatı duman səbəbindən 44 avtomobil toqquşub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəzanın səbəbkarı yüksək sürətlə hərəkətdə olan iki avtomobilin sürücüsü olub.
Polis sürücülərə pis görmə şəraitində nəqliyyat vasitələrini yolun kənarında saxlayaraq gözləməyi tövsiyə edib.