BƏƏ Yəmənə 1000 tondan çox humanitar yardım göndərib

BƏƏ Yəmənə 1000 tondan çox humanitar yardım göndərib
# 24 may 2015 02:59 (UTC +04:00)

Bakı-APA. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Qızıl Aypara” cəmiyyəti Yəmənə 1,2 min ton humanitar yardım göndərib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, humanitar yardımla yüklənmiş gəminin artıq Yəmənin Aden limanına yan aldığı bildirilir.

Bundan bir neçə gün əvvəl “Qızıl Aypara” Yəmənə 850 humanitar yardım, həmçinin 650 ton ərzaq məhsulları və 180 ton dərman göndərib.

Humanitar yardım BƏƏ-nin prezidenti şeyx Xəlifə ben Əl Nahayan, Dubay hökmdarı BƏƏ-nin vitse-prezidenti şeyx Məhəmməd ben Rəşid əl Məktum və Abu Dabi şahzadəsi Məhəmməd ben Zayed əl Nahayanın göstərişləri əsasında göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR