Bəşər Əsəd 6 yeni nazir təyin edib

Bəşər Əsəd 6 yeni nazir təyin edib
# 22 avqust 2013 20:58 (UTC +04:00)

Bakı-APA. Suriya prezidenti Bəşər Əsəd hökumətin tərkibində bir sıra kadr dəyişikliyi həyata keçirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, dəyişikliklər əsasən nazirlər kabinetinin iqtisadi blokunu əhatə edib. Belə ki, İqtisadiyyat və Xarici Ticarət Nazirliyinə, Sənaye Nazirliyinə, Daxili Ticarət Nazirliyinə, Turizm Nazirliyinə və Ali Təhsil Nazirliyinə yeni rəhbərlər təyin olunub. Bundan başqa, hökumətdə bir portfelsiz nazir təyin olunub. Hökumətin tərkibində kadr dəyişikliyinin səbəbləri açıqlanmır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR