BMT baş katibinin müavini İrana gələcək

BMT baş katibinin müavini İrana gələcək
# 14 sentyabr 2013 13:18 (UTC +04:00)
Bakı. Real Cəfərli-APA. BMT baş katibinin humanitar məsələlər üzrə müavini xanım Valerie Amosun rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfər edəcək. APA-nın «Fars» xəbər agentliyinə istinadən məlumatına görə, səfər rəsmi Tehranın dəvəti əsasında sentyabrın 16-da reallaşacaq.

Səfərdə məqsəd İranla BMT arasında təbii fəlakət, humanitar və təcili yardım məsələləri başda olmaqla ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq, xüsusilə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri əsas müzakirə mövzusu olacaq.

BMT baş katibinin müavini həmçinin İran Qızıl Aypara Cəmiyyətinin təbii fəlakətlərə qarşı mübarizə sahəsində təcrübəsi ilə tanış olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR