BMT müfəttişləri Suriyada kimyəvi silah tətbiqi ehtimal olunan ərazidən nümunələr toplamağı başa çatdırıblar

BMT müfəttişləri Suriyada kimyəvi silah tətbiqi ehtimal olunan ərazidən nümunələr toplamağı başa çatdırıblar
# 31 avqust 2013 08:57 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə BMT-nin mətbuat katibi Martin Nesirki Nyu-Yorkda keçirdiyi brifinqdə məlumat verib.

Ekspertlər bu gün Kimyəvi Silahın Qadağan Edilməsi üzrə beynəlxalq təşkilatın Haaqadakı mənzil-qərargahına qayıdacaqlar. Onlar nümunələri analiz üçün Avropadakı xüsusiləşdirilmiş laboratoriyalar verəcəklər. Martin Nesirki bildirib ki, bu laboratoriyaların heç biri BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələrin ərazisində yerləşmir.

Analizlərin nəticələri məlum olduqdan sonra missiya hesabat hazırlayacaq. BMT baş katibi Pan Gi Mun artıq BMT TŞ-nın daimi üzvlərini missiyanın işi barədə məlumatlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR