BRİCS ölkələri İranın nüvə proqramı ilə bağlı bəyanat yayıblar - FOTO

BRİCS ölkələri İranın nüvə proqramı ilə bağlı bəyanat yayıblar - <span style="color: red;">FOTO
# 28 mart 2013 10:02 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. BRİCS ölkələri İranın nüvə proqramı ilə bağlı bəyanat yayıblar. APA-nın İRNA-ya istinadən məlumatına görə, BRİCS ölkələri liderlərinin Cənubi Afrika Respublikasının Durban şəhərində keçirilmiş toplantısında qəbul edilmiş bəyanatda İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin yalnız dialoq yolu ilə həllinin vacibliyi bildirilib.

Eyni zamanda BRİCS ölkələri İrana qarşı hər cür hərbi müdaxilə və təzyiqin əleyhinə olduqlarını, İranla bağlı diplomatiyanın daha da aktivləşməsinin zəruriliyini, Tehranın nüvə fəaliyyətlərinin sülhməqsədli olduğunu və rəsmi şəkildə tanınmasının vacibliyini vurğulayıblar. Bundan əlavə, bəyanatda İranın nüvə fəaliyyətlərinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlıq çərçivəsində davam etdirildiyi bildirilib.

Qeyd edək ki, BRİCS təşkilatına Braziliya, Rusiya, Hindistan, Çin və Cənub Afrika Respublikası daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR