Bu gün Bəşər Əsədin andiçmə mərasimi keçiriləcək

Bu gün Bəşər Əsədin andiçmə mərasimi keçiriləcək
# 15 iyul 2014 22:54 (UTC +04:00)

APA-nın məlumatına görə, Suriyada üçüncü müddətə prezident seçilən B.Əsəd öz səlahiyyətlərinin icrasına başlayır.

Məlum olduğu kimi, iyunun 3-də Suriyada keçirilən prezident seçkilərində Bəşər Əsəd 88,7% səslə qalib gəlib. ABŞ və Avropa Birliyi isə seçkiləri qeyri-legitim sayıb.

2014-cü ilin martında Suriya parlamenti ölkə tarixində ilk dəfə olaraq bir neçə nəfərin prezident seçkilərində iştirak etməsinə imkan verən qanun layihəsini təsdiqləyib. Nəticədə Bəşər Əsədlə prezident postu uğrunda solçu deputat Mahir Abdul və sabiq nazir, iş adamı Həsən ən-Nuri mübarizə aparıblar.

Bundan əvvəl Bəşər Əsəd iki dəfə, 2000 və 2007-ci illərdə ümumxalq referendumun nəticələrinə görə prezident postunu tutub. Bəşər Əsədin inauqurasiya mərasimində geniş çıxışı nəzərdə tutulub.

Son məlumatlara əsasən, 3 il ərzində Suriyada 250 min adam vətəndaş müharibəsinin qurbanı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR