Cənubi Koreya Müdafiə Nazirliyi: “Şimali Koreyanın hücuma keçəcəyinə dair məlumata malik deyilik”

Cənubi Koreya Müdafiə Nazirliyi: “Şimali Koreyanın hücuma keçəcəyinə dair məlumata malik deyilik”
# 30 mart 2013 07:28 (UTC +04:00)

APA-nın məlumatına görə, bu fikirlər Cənubi Koreya Müdafiə Nazirliyinin bəyanatında yer alıb. Nazirlikdən bildiriblər ki, Şimali Koreyanın yaxın vaxtlarda hücuma keçəcəyini təsdiqləyən heç bir məlumata malik deyillər.

Qeyd edək ki, Şimali Koreya Teleqraf Agentliyinin yaydığı bəyanatda müharibə elan olunmasından söhbət getmir. Bəyanatda yalnız bildirilir ki, iki ölkə arasında münasibətlər hərbi dövr mərhələsinə qədəm qoyur, bu isə gələcəkdə irimiqyaslı nüvə müharibəsinə gətirib çıxara bilər. Hər iki Koreya dövləti formal olaraq 60 ildir ki, müharibə vəziyyətindədir. 1950-53-cü illər müharibəsi başa çatdıqdan sonra sülh sazişi deyil, atəşkəs sazişi imzalanıb. Rəsmi Pxenyan martın 13-də həmin sazişin qüvvədən düşdüyünü bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR