Cənubi Koreya hökuməti sərhəddə yaşayan əhalini təxliyyə etməyə başlayıb

Cənubi Koreya hökuməti sərhəddə yaşayan əhalini təxliyyə etməyə başlayıb
# 22 avqust 2015 09:16 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Koreya yarımadasında vəziyyətin gərginləşməsi ilə əlaqədar Cənubi Koreya sərhəddə yerləşən qəsəbələrdə yaşayan əhalini evakuasiya etməyə başlayıb.

APA-nın “vz.ru”ya istinadən verdiyi məlumata görə, yerdəyişmə ümumilikdə 3,7 min nəfərə şamil olunacaq. KXDR-in Cənubi Koreyaya verdiyi ultimatumun vaxtı Bakı vaxtı ilə saat 13.30-da bitir və Cənubi Koreya bundan bir saat əvvələ kimi əhalinin yerləşdirməsini başa çatdırmaq niyyətindədir.

Cənubi Koreya hökuməti sərhəddə quraşdırdığı səsgücləndiriciləri söndürməkdən imtina edib. Bu ölkə sərhəd qonşusunu silahsızlaşdırılmış zonada 2 Cənubi Koreya əsgərinin ölümünə səbəb olan minanın yerləşdirilməsi məsuliyyətini üzərinə götürməyə çağırıb. “Mavi ev sakitliklə vəziyyəti izləyir və KXDR-in yeni təxribatına güclü cavab verməyə hazırdır”, -deyə Cənubi Koreya prezident administrasiyasının mətbuat katibi deyib.

Amerika generalı Martin Dempsi cənubi koreyalı həmkarları ilə telefon danışığı zamanı onları dəstəkləməyə hazır olduqlarını bəyan edib. Hazırda Cənubi Koreyada 28 500 Amerika hərbçisi mövcuddur.

KXDR rəhbərliyi isə bəyan edib ki, hərbsizləşdirilmiş zonada minanın basdırılması ilə heç bir əlaqəsi yoxdur və gərginliyin artmasında ABŞ günahkardır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR