Çin sahillərində iki gəmi toqquşub, 11 nəfər itkin düşüb

Çin sahillərində iki gəmi toqquşub, 11 nəfər itkin düşüb
# 20 dekabr 2016 04:17 (UTC +04:00)

Çinin şərqində balıqçı gəmisi ilə yük gəmisi toqquşub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 11 nəfər itkin düşüb.

Hadisənin Futsyan əyalətin yaxınlığında qeydə alındığı bildirilir. Qəza nəticəsində balıqçı gəmisi batıb. 14 ekipaj üzvündən üçü xilas edilib. Qəzanın səbəbləri barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR