Çində həyatından bezmiş şəxs özü ilə birlikdə 47 nəfəri diri-diri yandırıb

Çində həyatından bezmiş şəxs özü ilə birlikdə 47 nəfəri diri-diri yandırıb
# 08 iyun 2013 18:13 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, faciə nəticəsində 47 sərnişin diri-diri yanaraq ölüb, 34 nəfər müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Avtobus sürətli magistralda, növbəti dayanacağın 500 metrliyində alışıb.

Polis qənaətinə görə, yanğına səbəb texniki nasazlıq yox, qəsdən yandırma olub. Yanğından sonra dizel mühərrikli avtobusun yanacaq çəni və təkərləri salamat qalıb. Ekspertlərin rəyinə görə, avtobusun salonunda yanğın benzinin alışmasından baş verib.

Ehtimala görə, avtobusu yandıran şəxs özü də salonda olub və faciə qurbanları ilə birlikdə ölüb. Onun şəxsiyyətini müəyyən etmək mümkün olub. Bu Səmen şəhər sakini, 1954-cü il təvəllüdlü Çen Şuytsundur. Ç.Şuytsun evində tapılmış bir neçə məktubda onun həyatdan bezdiyi göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR