Çində içərisində dövlət qulluqçuları olan avtobus aşıb

Çində içərisində dövlət qulluqçuları olan avtobus aşıb
# 10 fevral 2015 06:57 (UTC +04:00)

Bakı - APA. Çinin Şandun əyalətində içərisində dövlət qulluqçuları olan avtobus aşıb.

PA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, qəza nəticəsində 7 nəfər ölüb, 14 nəfər yaralanıb.

Avtobusun sərnişinləri Linyi şəhər dairəsinin turizm administrasiyasının işçiləri olub.

Yaralıların vəziyyəti sabit qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR